“Wikileaks”da ikinci gün: İsraildən Türkiyəyə ittiham

“Wikileaks”da ikinci gün: İsraildən Türkiyəyə ittiham

"Wikileaks" bu gecə əlindəki sənədlərin daha bir hissəsini açıqlayıb. SİA-nın məlumatına görə, ABŞ Xarici İşlər Nazirliyinin gizli yazışmaları olan teleqraflar yenə də "New York Times", "Guardian" və "Der Spiegel" kimi dünyanın nüfuzlu mətbuat orqanlarının internet saytlarında eyni zaman kəsiyində yayımlanıb.

 

Yeni sənədlər arasında Türkiyə ilə əlaqədar olaraq tək bir sənəd var. Bu sənəd İsraildəki ABŞ səfirliyindən Vaşinqtona göndərilən teleqrafdır. 29 Oktyabr 2009-cu il tarixli sənəddə Fransa ilə İsrailin strateji dialoq toplantısında Türkiyə mövzusunun müzakirə olunduğu qeyd edilib. Sənədə görə, israillilər Türkiyənin İranın nüvə proqramı üçün silah istehsalında istifadə olunacaq materialların keçişinə icazə verdiyini söyləyib. Bundan baş nazir Rəcəb Tayyib Ərdoğanın da tam məlumatlı olduğu bildirilir. Sənəddə "bir sözlə israillilər Türkiyənin siyasətindəki bu dəyişməyə görə, başda Fransa olmaqla Avropalıları günahlandırır. Avropa Türkiyəni qucaqlamış olsaydı, Türkiyə də İsrailə qarşı özünü ərəb dünyasına qəbul etdirməyə yönəlik addımlar atmazdı" sözləri yer alıb.

 

Sənəddə "Mavi Mərmərə" basqınından sonra Fransa prezidenti Nikolas Sarkozinin İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək hadisəni araşdırmaq üçün müstəqil bir komissiyanın qurulması çağırışı etdiyi ifadə olunub. Ancaq Netanyahunun buna cavabının "əsla mümkün deyil" olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə