Mübariz Qurbanlı: "Radikal qruplar din adı altında fəaliyyət götərirlər"
"İslam ölkələrində, o cümlədən ölkəmizdə son vaxtlar ictimai-siyasi havanı pozmağa cəhd göstərən, dini gözdən salmağa cəhd edən radikal qrupların fəaliyyəti daha da aktivləşib. Bu radikal qruplar müxtəlif adlar altında fəaliyyət götərirlər". SİA-nın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakıda keçirilən "Media: Dini Radikalizmlə Mübarizə" adlı konfransda çıxışı zamanı bildirib.
Komitə sədri bildirib ki, həmin qruplar din adı altında gizlənərək bu cəhdləri edirlər: "Biz həmin insanların kimliyin araşdıranda görürük ki, onlar din ilə bağlı olan insanlar deyirlər. Sadəcə xarici qruplar tərəfindən təhrik edilmiş insanlardır".
M.Qurbanlı dini radikal qruplara qarşı ideoloji sahadə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın roluna toxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB