"Prezidentin Brüsselə səfəri Aİ ilə əməkdaşlığımızın dərinləşməsinə xidmət edir" ŞƏRH-ÖZƏL
“Azərbaycan Prezidentinin Brüsselə səfəri ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Dövlət başçısının səfər zamanı NATO toplantısında iştirakını xüsusi vurğulayan deputat söyləyib ki, NATO-nun öz bəyanatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb, müstəqilliyinə dəstək ifadə edib: “Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır”
A.Mollazadənin sözlərinə görə, Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa Birliyi arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanması hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir: “Bu sənəd bizim Avropa Birliyi ilə gələcək əməkdaşlığımızın daha geniş və çox şaxəli olması üçün zəmin yaradır”.
Səfərinin Azərbaycanın Aİ ilə ticarət əlaqələrinin inkişafı baxımından da mühüm olduğunu dilə gətirən deputat söyləyib ki, Avropa Birliyi Azərbaycan ticarətinin ən əsas tərəfdaşıdır və tərəfdaşlıq daha da genişləndirilməlidir.
Deputat əlavə edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə ölkəmizin əhəmiyyətli və söz sahibi olduğunu ortaya qoyur: “Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB