Raqif Abbasov: "Azərbaycanda iğtişaş törətmək istəyənlərin məqsədləri baş tutmayacaq" AÇIQLAMA
“Müstəqilliyimizi elan etdiyimiz Gəncə şəhərində baş verən hadisələr zamanı ölkəmizi sevməyən, sapı özümüzdən olan baltalarla Azərbaycanın qüdrətlənməsini görmək istəməyən qüvvələrin birləşməsini görürük. Azərbaycanda ordumuzun 100 illiyi ilə keçirilən hərbi paraddan sonra aktivləşən bu qüvvələr dövlətçiliyimizi sevməyən qüvvələrdir”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.
O bildirib ki, ötən gün Gəncədə baş verən hadisələrdə ölkəmizin asayiş keşikçilərinə qarşı əl qaldırmaq bir daha göstərir ki, ölkəmizin dövlətçiliyinə qarşı xainlik var: “Amma Azərbaycan güclü dövlətdir, ölkə gəncliyi, əhalimiz Prezidentimiz ətrafında sıx birləşib, dövlətçiliyimiz, demokratik dəyərlərimiz hər zaman qorunacaq. Heç kimin buna şübhəsi olmasın. Çoxsaylı gənclər ordusu qətiyyətlə mövqeyini ortaya qoymuş olacaq”.
R.Abbasov qeyd edib ki, Şərqdə baş verənləri Azərbaycanda törətmək istəyənlərin məqsədləri baş tutmayacaq: “Nə zaman ki, ölkəmiz beynəlxalq layihələr imza atır, o zaman xainlər ortaya çıxaraq buna mane olmağa çalışırlar. Bu qüvvələr ölkəmizin inkişafını, güclənməsini istəmirlər. Lakin düşmən bilsin ki, Azərbaycan bundan sonra daha da güclənəcək”.
Azərbaycan vətəndaşlarının ölkəmizi sevməyən qüvvələri qınadığını deyən idarə rəisi vurğulayıb ki, xalqımız hər zaman bu cür hadisələr qarşı olub və bu gün də iğtişaş yaratmaq istəyənlərə böyük nifrət hissi bəsləyirlər: “ Vətəndaşlarımız xaricdə oturub sapı özümüzdən olan baltaların çağırışlarına uymamalıdırlar. Həmin insanlar mənbəyi məlum olmayan, ermənipərəst qüvvələrin vasitəsilə öz ölkəsinə dövlətinə müxalif çıxıblar. Onların özünü azərbaycanlı adlandırması düz deyil. Bu cür həşərat tipli insanlar hər zaman olduğu kimi indidə layiqli cəzalarını alacaqlar. Bizim sevməyənlər bilməlidir ki, Azərbaycanda güclü vətəndaş mövqeyi var və bu mövqe dövlətçiliyimiz ətrafında yumruq kimi birləşib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB