“Bir qrup radikal zümrənin dövlətimizə qarşı planı fiaskoya uğradı”. Bu sözləri SİA-ya Avrasiya Kombat Ciu-Citsu Federasiyasına prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru, gənc ictimai fəal Aqil Acalov Gəncədə baş vermiş məlum hadisələrlə bağlı fikirlərini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Gəncədə baş verən hadisələr birbaşa xaricdən dəstək alan anti milli qüvvələrin Azərbaycanda sabitliyi, əmin-amanlığı pozaraq, dövlətçilik maraqlarımıza, Azərbaycanın müstəqilliyinə, dünyəvilyinə qarşı atılan addımlardır: “Bu, bir daha onu göstərdi ki, Azərbaycanın uğurunu istəməyən antimilli qüvvələr Azərbaycanın hər gün artan yüksəlişindən çox narahatdırlar. Hüquq-mühafizə orqanlarının, polislərimizin ayıq-sayıqlığı, eləcə də cəmiyyətin radikal zümrəyə dəstək verməməsi onların planlarını puça çıxartdı. Bu amil həm də onu təsdiq etdi ki, dövlətimiz əmin əllərdədir. Ümumiyyətlə, dünənki hadisələr bunu bir daha ortaya qoydu”.
“Xalqımız heç vaxt bu kimi təxribatçı, xain qüvvələrə dəstək verməyəcək”-deyə qeyd edən Federasiya prezidenti təəssüflə bildirib ki, radikal dini yönümlü şəxslərin yaratmış olduğu hadisə nəticəsində 2 polis əməkdaşımız - İlqar Balakişiyev və Səməd Abbasov şəhid oldular: “Avrasiya Kombat Ciu-citsu Federasiyası adından və şəxsən öz adımdan həyatlarını itirən polislərimizin ailələrinə baş sağlığı verir bu hadisəni kəskin şəkildə qınayırıq. Xalqımızı əsasda gənclərimizi bu cür provokasiyalara uymamağa çağırırıq. Allah şəhid polislərimizə rəhmət eləsin!”
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB