Əli Orucov: “Hər cür zorakılıqların və şiddətin qəti əleyhinəyəm” AÇIQLAMA

Əli Orucov: “Hər cür zorakılıqların və şiddətin qəti əleyhinəyəm” AÇIQLAMA

“Mən hər cür zorakılıqların və şiddətin qəti əleyhinəyəm. Bu metodlarla hansısa problemlərin həll etməyə, nəyəsə nail olmağa çalışanlar səhv edirlər”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.

Onun sözlərinə görə, çalışmaq lazımdır ki, ölkədə qarşıdurmaların, gərginliyin və qeyri-sivil hərəkətlərin daha da artmasına deyil, sağlam rəqabətə və mübarizəyə əsaslanan xətt götürülsün: “Ölkədə və idarəetmədə azda olsa problemlər var. İnsanlar arasında narazılıqlar da mövcuddur. Lakin bunlardan sui-istifadə edib, ölkənin xaosa sürükləmək olmaz. Məncə istər müxalifət olsun, istər iqtidar fərq etməz hər kəsin üzərində bu dövlətə və millətə görə məsuliyyət yükü var. Azərbaycanı istəməyənlər ola bilər və var. Onların əlinə fürsət verilməməlidir. İndi elə bir mərhələdəyik ki, dörd tərəfimizdə terrorizm və separatizm tüğyan edir. Ona görə də ehtiyatlı və ayıq-sayıq olmalıyıq ki, bizi bu proseslərin içinə ata bilməsinlər. Təqdirəlayiq haldır ki, xalq təmkininin qoruyub saxlayıb və hər deyilənlərə inanmır. Odur ki, kimin nə deməsi, nə söyləməsi, hansı çağırışlar etməsi, hansısa təxribatlar çəkmə cəhdləri insanları düzgün bildiyi yoldan sapındıra bilməz”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə