Hər il 600 mın insan passiv siqaret çəkmənin qurbanı olur

Hər il 600 mın insan passiv siqaret çəkmənin qurbanı olur

Dünyada hər il 600 min insan passiv siqaret çəkmənin qurbanına çevrilir. SİA-nın xəbərinə görə, Dünya Səhiyyə Təşkilatı noyabrın 26-da bu barədə məlumat verib. Passiv siqaretçəkmə uşaqlara daha çox zərər yetirir. Həmin səbəbdən hər il 165 min uşaq dünyasını dəyişir. Onların 60 faizi Afrika və Asiya ölkələrinin payına düşür.

Mütəxəssislərin fikrincə, vəziyyəti yalnız sərt qanunlar qəbul etməklə dəyişmək mümkündür. Belə ki, həmin qanunlar siqaret çəkməyənləri tütün tüstüsündən azad həyat və məkanla təmin edə bilər. Hazırda dünyada cəmi 7,4 faiz adamlar belə qanunların qəbul olunduğu regionlarda yaşayırlar. Halbuki həmin yerlərdə də məhdudiyyətlərə bütünlüklə riayət olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə