Nazirlər Kabineti "Təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydası"nı təsdiq edib

Nazirlər Kabineti "Təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydası"nı təsdiq edib

Nazirlər Kabineti "Təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydası"nı təsdiq edib. SİA-nın Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, qaydalar mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir. Təhsil müəssisələrinin rəhbərləri bu sənədə əməl edilməsinə görə məsuliyyət daşıyır.

Məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alanlar yaşadıqları ərazi poliklinikası tərəfindən pulsuz tibbi xidmətlə təmin ediləcəklər. İlk peşə-ixtisas, orta ixtisas, ali təhsil müəssisələrində təhsil alan və həmin təhsil müəssisəsinin yerləşdiyi yerdə daimi yaşayan təhsil alanlara onların yaşadıqları ərazi poliklinikaları tərəfindən pulsuz tibbi xidmət göstəriləcək.

Təhsil müəssisəsində tibbi xidmət müəssisəsi varsa, bu halda burada təhsil alanlar həmin tibb müəssisəsi tərəfindən tibbi xidmətlə pulsuz təmin olunacaqlar. Təhsil alanlara zəruri hallarda onlara xidmət göstərən poliklinikalar tərəfindən verilmiş göndəriş əsasında stasionar tipli müəssisələrdə pulsuz tibbi xidmət göstərilməlidir

Bütün xəbərlər Facebook səhifəmizdə