BAXCP rəsmisi: “Aksiyaya çağırışı xarici ölkənin xüsusi orqanları təşkil edib” AÇIQLAMA
Niyaməddin Orduxanlı : “Yunis Səfərov terrorçudur. Gəncəlilər xarici agentə dəstək çağrışına dəstək verməz. İranın Azərbaycandakı səfiri Azərbaycan xalqına cavab verməlidir. Bu gün milyonlarla insan müstəqiliyimizi qorumağa hazırdı”
“10 iyulda Gəncədə aksiyaya çağırışın arxasında xarici ölkənin xüsusi xidmət orqanları durur. Bu çağrış gəncəlilərə təxribatdır. Azərbaycanın dövlət maraqlarına zərbə vurmaq üçün həyata keçirdirlər. Cənab Prezidentin təyin etdiyi başçı Elmar Vəliyevi terrorçu Yunis Səfərov terror edib. Azərbaycan ictimaiyyəti Qum şəhərində yetişdirilən bir terrorçunu dəstəkləməz. Son günlər baş verən hadisələr açıq şəkildə göstərir ki, planlı şəkildə dövlətimizə qarşı hücüm həyata keçirdirlər”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, dövlət rəsmiləri açıq şəkildə bəyan etdi ki, terrorçu Yunis Səfərov İranın Qum şəhərində hazırlanıb Azərbaycana göndərilib: “Hadisədən bir neçə gün keçib, hələ də İranın Azərbaycandakı səfiri susur. Niyə susursunuz? Çıxın Azərbaycan xalqına cavab verin! Nə vaxta qədər Qum şəhərində Azərbaycan dövlətinin əleyhinə terorrçu hazırlayacaqsınız?! Bu gün xalqımız bu sualın cavabını gözləyir! Açıq şəkildə görünür ki, həm Mingəçevirdə baş vermiş qəza və Elmar Vəliyevə qarşı törədilən terror hadisəsi, həm də ölkədə fəaliyyət göstərən radikal müxalifət bütün imkanları ilə dəstək verirlər. Radikal müxalifət də daha çox maraqlı görünür ki, ölkənin sabitliyi pozulsun. Sanki bu planın bir tərkib hissəsidir. Ancaq bir həqiqət də var ki, Azərbaycan cəmiyyəti baş vermiş hadisəni çox soyuqanlı şəkildə qəbul edir və yaxşı başa düşür ki, ölkədə aranı qatmaq istəyən və bunların xarici xüsusi xidmət orqanlarının həyata keçirdiyi işdir. Düşünürəm ki, bu gün xalqımız dövlətimizin milli maraqlarına hər hansı bir təhlükə yaranarsa, yüz minlərlə, milyonlarla insan Azərbaycan dövlət maraqlarını qoruyar! Necə ki, Ümummilli Lider Heydər Əliyevin zamanında milyonlarla insan "Azadlıq" meydanına toplaşdı. Azərbaycan xalqı hər zaman öz müstəqilliyini göz bəbəyi kimi qoruyacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB