Paşinyandan növbəti blef

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu hərbi xidmət keçmək üçün Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə yollanıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, Aşot Paşinyanı anası Anna Akopyan hərbi xidmətə yola salıb.

“Mən ön cəbhədə xidmət edəcəm. Bu qərarı hələ erkən yaşlarında vermişəm”-deyə, Aşot Paşinyan açıqlama verib.

Əldə etdiyimiz məlumata görə, əslində Paşinyanın oğlu Qarabağda yox, Sunik vilayətindəki hərbi hissələrdən birində xidmət keçəcək. Bu xəbər isə Ermənistan baş nazirinin növbəti blefi kimi dəyərləndirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə