...Çevriliş cəhdi və sapı özümüzdən olanların xəyanəti
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsd bu gün də Azərbaycan cəmiyyətində əsas mövzu olaraq gündəmi məşğul etməkdədir. Bu hadisə son 10-il də Azərbaycan dövlətini hədəf alan ən ağır cinayət kimi də tarixdə yerini alacaq.
Elmar Vəliyevə qarşı silahlı hücumun nə məqsədlə törədildiyi cinayətin ilk günlərindən hər kəsi maraqlandıran əsas sualdır. Dövlət Təhlükəsizlik Xidməti (DTX), Daxili İşlər Nazirliyi (DIN) eləcə də Baş Prokurorluq insidenti terror aktı kimi qiymətləndiridi və din amili ön plana çıxdı. Əslində bu versiya gözlənilən idi. Bir anlıq ölkəmizə nəzər salsaq Azərbaycanda kifayət qədər dini məzhəblərə xidmət edən bir qurup kütlənin olduğunu aydın şəkildə görərik. Ələvisi, vəhabisi, şiəsi, sünnüsü və daha bilmədiyimiz neçe-neçə dini məzhəblər var ki, siyahını uzatmaq da olar. Azərbaycan tollerant ölkə olduğundan bu dini cərəyanlara mənsub olanlar rahat yaşayır, öz ibadətlərini yerinə yetirməkdə heç bir maneə ilə üzləşmirlər. Bundan əlavə bir qurup kəsimin İran və ya Suriya, eləcə də Ərəbistanda dini təhsil aldıqları da sirr deyil. Hamsına şamil etməsək də müəyyən şəxlərin ölkədə öz məzhəbinin təbliğatı ilə məşğul olmaları faktır. Biz bu reallığı elə küçəyə, şəhərə çıxanda, bir sözlə hər addımda görürük.
Yadımdadır, bir vaxtlar İrandan Azərbaycana, xüsusən Gəncəyə din xadimləri gələrdi. Müxtəlif tədbirlər keçirilər, gənclər bu tədbirlərdə “ən əziz qonaq” kimi qarşılanardı. Düzdür, sonradan Azərbaycanda xarici ölkə vətəndaşların ölkəmizdə dini təbliğ edilməsi qadağan edildi və qanun xaricdə dini təhsil alan azərbaycanlılara da şamil olundu. Son nəticədə müəyyən siyasi məqsədlərə hesablanan təbliğat, daha doğrusu bir sıra xarici dövlətlərin xüsusi xidmət orqanlarının sifarişi ilə din pərdəsi altında təşkil olunan təbliğat maşını gizli şəkildə işləməyə başladı. Elə Yunis Səfərovun da Qum şəhərində dini tədris aldığı bəllidir. Görünür DTX-i və DİN-nin Elmar Vəliyevə qarşı silahlı hücümun terror aktı kimi qiymətləndirilməsində tutarlı faktları var.
Bəlli hadisə terror aktıdır və bu ağır cinayət hansısa ölkədə hazırlanan planın tərkib hissəsidir. Yeri gəlmişkən, Gəncə də hədəf kimi boşuna seçilməyib. Bura təkcə ölkənin ikinci böyük şəhəri deyil. Gəncə müstəqilliyimiz qarantıdır. Yəni Bakı düşünən beyindirsə, Gəncə Azərbaycanın döyünən ürəyidir. Gəncənin qarışması, burada vəziyyətin nəzarətdən çıxması ölkənin bir qolunun kəsilməsi deməkdir. Deməli bütövlükdə Azərbaycanda siyasi sabitliyin dağıdılması üçün Gəncədən başlamaq şərt olub. Ölkənin ikinci böyük şəhərinin nəzarətdən çıxması üçün şəhərə nəzarət edən bir nömrəli şəxs hədəf alınır. Bəs sonrası?...
Sonrasını düşündükdə bu terror aktının necə təhlükəli ssenari ilə davam edə biləcəyini təhlil etmək çətin deyil. Məsələnin digər ağrılı tərəfi də terror aktına sapı özümüzdən olan baltaların qeyri-obyektiv baxışıdır. Özlərini müxalifət adılandıran bəzi ünsürlər növbəti dəfə Azərbaycana xəyanət prizmasından yanaşdı. Cinayətkara haqq qazandırmağa çalışıldı, “qəhraman” kimi qələmə verildi. Sosial şəbəkələrdə şirə dönən, siyasi səhnədən çoxdan silinmişlər bu gün də provakasiya aparmaqla hadisənin real motivindən xəbərsiz olan kütləni başqa istiqamətə yönəltməyə çalışır. Açığı Kərimov Əli, Hacıbəyli Gültəkin, Həsənov Cəmil, eləcə də sacı sürəyya olan orduxan, tula təfəkkürü ilə yaşayan ətrafındakılar üçün Azərbaycanda hansı qüvvələrin terror aktı törətmək istəyi, xalqın hansı təhlükə ilə üzləşəcəyi o qədər də maraqlı deyil. Adıçəkilənlər öz maraqları naminə bu ölkənin müstəqilliyini hədəfə alan xarici qüvvələr üçün də işləməyə hazırdır. Təki ölkədə çevriliş olsun dövlət parçalansın. Bunlar isə hakimiyyətə gəlsinlər. Əqidəsi əyrilər üçün nə fərqi “dindar ağaların” və ya sarıqulaqların, lap elə ermənilərin də diqtəsi ilə oturmaq olar.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB