Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə danışıqlar aparmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə razılıq əldə olunub. SİA-nın verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Shant telekanalına müsahibəsində deyib.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin dinamikliyini qoruyub saxlamaq bizim üçün çox vacibdir. Azərbaycan xarici işlər naziri ilə görüş barədə razılıq əldə olunub” – deyə, Mnatsakanyan vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını bildirmişdi.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB