Çakırın pərəstişkarlarına müjdə!

Çakırın pərəstişkarlarına müjdə!
Türkiyənin "Qurdlar Vadisi Pusu" serialı ilə bağlı şok xəbər yayılıb. SİA-nın verdiyi məlumata görə, "Qurdlar vadisi" serialının vaxtilə baş qəhrəmanı olmuş Oktay Qaynarcanın yaratdığı Çakır obrazı "Pusu"-ya geri dönəcək. Belə ki, Çakırın oğlu Pusat seriala geri dönərək atasının intiqamını alacaq.

Oktay Qaynarcanın canlandırdığı Süleyman Çakır güllələnərək öldürüldükdən sonra Türkiyədə Çakır fanatları ağır depresiya yaşamışdılar. Daha sonra "Adanalı" serialında "Baş Komissar Yavuz" rolunda qarşımıza çıxan Oqtay Qaynarca Çakır xarakterindən sonra da müvəffəqiyyətli işlərə imza atıb.


Keçən illərə baxmayaraq pərəstişkarları Çakırı xatırlamağa davam edir. Çakır serialda olmasa belə izləri həmişə görünüb. Pərəstişkarların və medianın illərdir maraqla gözlədiyi xəbər isə artıq mətbuatda yayılmağa başlayıb.

Əfsanəvi qəhrəman Süleyman Çakırın oğlu Pusatın atasının ölümündən sonra hara getdiyi və harada qaldığı ciddi maraq doğurur. Zaman hesabı ilə hazırda 15-17 yaşlarında olan Pusat atasının davamçısı kimi geri dönəcək və köhnə intiqamlar yenidən serialın gündəminə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə