ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsindən zərər çəkən Amerikan iş dünyası Ağ Evin gömrük vergilərinə qarşı savaş açıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin ən böyük biznes təşkilatı olan ABŞ Ticarət Palatası, Amerika xalqını Trampın tariflərinə qarşı əllərindən gələn hər şeyi etməyə çağırıb.
Tramp rəhbərliyinin, Amerikanı "nəhəng ticarət borcundan və fəlakətli ticarət müqavilələrindən” xilas etmək üçün müraciət etdiyi qoruyucu ticarət siyasətinə qarşı daxili müxalifət getdikcə güclənir.
ABŞ-ın polad və alüminum idxalına görə tətbiq etdiyi vergilər Avropa Birliyi, Çin, Kanada, Meksika, Hindistan və Türkiyədən gələn etirazlar Amerikan şirkətlərinin narahatlıqlarını daha da artırıb.
Tramp hakimiyyətinin ticarət ortaqlarından gələn narazılıqlara baxmayaraq, geri addım atmayacağı ilə bağlı fikirlər səsləndirməsi narahatlığın daha da artmasına səbəb olub.
ABŞ-ın əsas şirkətlərindən olan Harley-Davidson ötən həftə, Trampın yandırdığı ticarət atəşi səbəbi ilə istehsalının bir hissəsini xaricə daşıyacağını açıqlayıb.
Trampın mediada qəbul etdiyi qərara görə Harley-Davidson şirkətini sərt dillə tənqid və hətta təhdid etməsi ABŞ-da iş dünyasında istənilən effekti yaratmayıb. Belə ki, təxminən 3 milyon üzvü ilə yalnız ABŞ-ın deyil, dünyanın ən böyük iş dərnəyi olan ABŞ Ticarət Palatası həftənin bazar ertəsi günü Tampın müəyyənləşdirdiyi tariflərə qarşı əks kampaniyaya başlayaraq, indiyədək bənzəri görülməyən bir addım atmış oldu.
“Tariflər düzgün olmayan yoldur” adlı kampaniya Amerika xalqını ticarət müharibəsinin başlayacağı və bundan baş verə biləcək zərər haqqında məlumatlandırmaqla yanaşı, onları bu tariflərə qarşı əllərindən gələni etməyə təşviq edir.
Yarandığı gündən indiyədək hər zaman Respublikaçı Partiyanı dəstəkləyən ABŞ Ticarət Palatası Respublikaçı dövlət başçısına qarşı kampaniya həyata keçirməklə "ABŞ Ticarət Palatası, Trampın tariflərinə döyüş açdı” başlıqlarla gündəmi zəbt etmiş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB