Kiyevdə GUAM ölkələrinin Milli Əlaqələndiricilər Şurasının 20-ci iclası keçirilib
GUAM Katibliyinin rəsmi saytında verilən məlumata görə, noyabrın 23-24-də təşkilatın mənzil-qərargahında GUAM-ın Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 20-ci iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda xarici işlər nazirlərinin müavinləri Araz Əzimov (Azərbaycan), Oleksandr Qorin (Ukrayna), David Calaqaniya (Gürcüstan), Moldovanın Kiyevdəki səfiri İ.Stevile və GUAM-ın Baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.
MƏŞ təşkilatın fəaliyyəti, onun iştirakçısı olan dövlətlərin qarşılıqlı siyasi əlaqələri, parlamentlərarası və sahəvi əməkdaşlıq, GUAM-ın digər dövlətlər və təşkilatlarla münasibətləri məsələlərini müzakirə edib.
Forum iştirakçıları MDB məkanında həlli uzanan münaqişələrə dair müntəzəm fikir mübadiləsini davam etdirmiş, BMT ilə GUAM arasında əməkdaşlığa dair qətnamə təklif edilməsi barədə Gürcüstanın təşəbbüsünü dəstəkləmiş, GUAM üzvü olan dövlətlərin digər beynəlxalq təşkilatların yanında diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyət planlarının layihələrini razılaşdırıblar.
Tərəflər GUAM-ın Xarici İşlər Nazirləri Şurası (XİNŞ) tərəfindən razılaşdırılmış 2011-2012-ci illər üçün sahəvi işçi qrupların əlaqələndirici ölkələrinin namizədliyinə dair təklifləri təsdiq olunmağa təqdim etmiş, GUAM-ın işçi orqanlarının sahəvi əməkdaşlığı və fəaliyyəti məsələlərini nəzərdən keçiriblər.
MƏŞ razılığa gələn tərəflərin GUAM iştirakçısı olan dövlətlər arasında Sərbəst Ticarət zonası yaradılması haqqında 20 iyul 2002-ci il tarixli sazişin müddəalarının yerinə yetirilməsinə dair fəaliyyətini əlaqələndirən işçi orqanın fəaliyyət mexanizminin, Ümumdünya Ticarət Təşkilatının standartlarına uyğun olaraq GUAM üzvü olan dövlətlərin mallarının mənşə ölkəsinin müəyyən edilməsi qaydalarının layihəsini, "İnvestisiya forumu", təşkilatın İşgüzar şurasının növbəti iclasının və "GUAM-da ən yaxşı bank-2010" müsabiqənin keçirilməsi təşəbbüsünü dəstəkləyib.
İclasda bu il sentyabrın 24-dən 26-dək Tokioda keçirilmiş Ümumdünya Turizm sərgisində "GUAM-Yaponiya" turizm məhsulunu hazırlayanların birgə iştirakı, Yaponiya tərəfindən GUAM üçün turizm məsələlərinə və turizm üzrə işçi qrupun Yaponiyanın turizm agentlikləri və kütləvi informasiya vasitələri üçün informasiya və mətbuat turlarının təşkil edilməsi planlarına dair növbəti seminar hazırlanmasını müsbət qiymətləndiriblər.
MƏŞ terrorizmə, mütəşəkkil cinayətkarlığa və narkotiklərin yayılmasına qarşı mübarizə üzrə işçi qrupun və onun işçi alt qruplarının səmərəli işini, o cümlədən cari ilin sentyabr-oktyabr aylarında GUAM iştirakçısı olan dövlətlərin hüquq mühafizə orqanlarının "Narkostop-2010" və "Perexvat-2010" birgə əməliyyatlarının keçirilməsini, "İnformasiya bülleteni"nin yaradılmasını və GUAM iştirakçısı olan dövlətlərdə cinayətkarlığın vəziyyəti barədə başlanmış informasiya mübadiləsini, təşkilatın iştirakçısı olan dövlətlərin hüquq mühafizə və digər səlahiyyətli orqanları arasında əməliyyat əməkdaşlığının möhkəmlənməsi üçün GUAM-ın Virtual Mərkəzinin mexanizmlərinin yaradılması niyyətini, GUAM Dövlətlərarası İnformasiya-Analitik Sisteminin milli seqmentlərinin modernləşdirilməsi üzrə GUAM-ABŞ Çərçivə Proqramı layihəsinin ikinci mərhələsinin başa çatmasını qeyd edib.
Tərəflər Fövqəladə Hallar üzrə İşçi Qrupun (FHİQ) 2010-cu il üçün iş planının yerinə yetirilməsi haqqında hesabatı və İşçi Qrupun 2011-ci il üçün iş planını qəbul etmiş, Xarici İşlər Nazirləri Şurasına fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələlərinə dair birgə komissiya yaradılması haqqında qərar qəbul etməyi təklif ediblər.
MƏŞ fövqəladə halların qarşısının alınması sahəsində birgə GUAM-Yaponiya seminarının təşkil edilməsi, eləcə də "Şərq tərəfdaşlığı" - "Təbii və texnogen fəlakətlərin qarşısının alınması, onlara hazır olmaq və reaksiya vermək" və "Sərhədlərin inteqrasiya olunmuş şəkildə idarə edilməsi" adlı "flaqman" təşəbbüslərin həyata keçirilməsində GUAM iştirakçısı olan dövlətlərin milli fövqəladə hallar orqanlarının və sərhəd idarələrinin iştirakının təmin edilməsi üzrə işləri qeyd edib. Forum iştirakçıları GUAM-ın ABŞ, Yaponiya, Vışeqrad qrupu ölkələri (Polşa, Macarıstan, Çexiya və Slovakiya) ilə, marağı olan Baltik və Skandinaviya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığının perspektivlərini müzakirə ediblər.
Noyabrın 24-də MƏŞ-in iclası çərçivəsində GUAM-ın rabitə kanalları üçün informasiyanın kriptoqrafik müdafiə qurğuları göndərilməsinə dair GUAM ilə bu qurğuların istehsalçı şirkəti arasında kontraktın imzalanma mərasimi də olub. Bundan əlavə, tərəflər ATƏT-in sammiti çərçivəsində (Astana, 1-2 dekabr 2010-cu il) XİNŞ-in 13-cü iclasının müvafiq sənədlərinin layihələri ilə bağlı məsələləri də müzakirə etmiş və razılaşdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB