Arzu Nağıyev: "Diplomatik səylərdə işlər daha güclü qurulmalıdır” AÇIQLAMA
“Bolqarıstanın Azərbaycan, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırlanan reportajdan hiss olundu ki, bu ölkə ərazi bütövlüyümüzü dəstəkləyir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.
Bolqarıstanın Avropa İttifaqına müəyyən müddətdə sədrlik etməsini xatırladan siyasi şərhçi bildirib ki, həmin ərəfədə Bolqarıstan Azərbaycanda baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllini birmənalı şəkildə izləyirdi: “Bu ölkənin baş naziri də çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirmişdi. Əvvəllər Bolqarıstan bir sıra separatçı qüvvələri dəstəkləməklə yadda qalmışdı və Azərbaycana qarşı o qədər də müsbət reaksiya vermirdi. Lakin son vaxtlar xarici siyasətdə atılan addımların nəticəsində Bolqarıstanın ölkəmizlə bağlı mövqeyində mühüm dəyişiklik özünü göstərməkdədir”.
A. Nağıyev söyləyib ki, bu məsələdə Azərbaycan prezidentinin Bolqarıstanın ölkə başçısı ilə görüşünü də nəzərə almaq lazımdır: “Dövlət başçılarının görüşündən sonra bir sıra KİV-də Bolqarıstan rəhbərinin Azərbaycanı dəstəkləməsi istiqamətində müsahibələrə rast gəlindi. Son vaxtlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynaması və Bolqarıstanın da bu layihələrdən yararlanması da buna təsir edən amillərdir. Azərbaycanın həyata keçirdiyi siyasi iqtisadi islahatlar Bolqarıstana müsbət təsir edən məsələlərdir”.
Siyasi şərhçi qeyd edib ki, Bolqarıstan həm qlobal, həm də regional məsələləri nəzərə alaraq Azərbaycanın dəstəkləyir və bu dəstək dünya mediasında da hiss olunmaqdadır.
A. Nağıyev əlavə edib ki, xarici siyasətdə dost, qardaş məhfumu olmur: “Ümumi maraqlar olduqda hamı öz payını göstərir. Avropa İttifaqının ölkələri ilə Azərbaycan arasında ikitərəfli əlaqələr mövcuddur və bu əlaqələrdə müsbət tendensiyalar özünün göstərməkdədir. Bu ölkələrin hər biri ayrı-ayrılıqda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni təcavüzünü pisləyir. Lakin ümumi məsələlərə gəldikdə, ikili yanaşmalar olub və olacaq da, Bu istiqamətdə həm diaspor, həm də Xarici İşlər Nazirliyinin xətti ilə diplomatik səylərdə işlər daha da güclü qurulmalıdır”.
Qeyd edək ki, Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayımlanıb. Verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir.
Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib, təhdidlərə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB