Azərbaycan Dövlət Aqrar Universitetində konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində "Fundemental, Humanitar və Tətbiqi Elmlərin İnnovasiyaları" mövzusunda konfrans keçirilib. Tədbir Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə reallaşıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, konfransda ali təhsil ocağı ilə yanaşı, Azərbaycan Texnologiya Universitetinin, Pedaqoji Universitetin, həmçinin Azərbaycan Müəllimlər İnstitunun Gəncə, Qazax, Mingəçevir filiallarının nümayəndələri iştirak edib.

Məqsəd tələbələri yeni elmi texnologiyalarla tanış etmək, onların potensialını, xüsusən elmi axtarışlarını öyrənməkdən ibarətdir. Konfransda Azərbaycanda maliyyənin innovasiyalı idarə olunmasının təkmilləşdırılməsi, aqrar sahədə rəqabət mühitinin formalaşması, ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətləri və sair bu kimi mövzularda məruzələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə