Bəxtiyar Əliyev: “Jurnalistikaya gələn hər bir gənc hökmən müəyyən qabiliyyətlərini göstərməlidir” - MÖVQE
"Hesab edirəm ki, jurnalistikaya gələn hər bir gənc və ya hər hansı bir şəxs hökmən müəyyən qabiliyyətlərini göstərməlidir. Çünki yazmaq olduqca çətin bir məsələdir, təhlil etmək ondan geri qalmır, təkliflər vermək isə onun ən çətin hissəsidir". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev jurnalistika fakultəsinə qabiliyyət imtahanlarının nə dərəcədə gərəkli olduğuna münasibət bildirərkən deyib. O bildirib ki, bu gün Azərbaycanda cəmiyyətində gedən prosesləri təhlil etmək və onu ümumiləşdirərək təkliflər vermək qabiliyyətinə malik olan jurnalistikamız formalaşıb. Millət vəkilinin sözlərinə görə, bu bir örnək, meyar olacaq ki, jurnalistika özü-özünü tənzimləsin.
"Jurnalistika çox çətin və özünə qarşı tələbkar olan bir peşədir. Çünki cəmiyyətdə baş verən bütün sahələrdəki prosesləri dərindən öyrənmək, təhlil etmək və onun əsasında təkliflər vermək jurnalistikanın əsas qayəsini təşkil edir. "Əkinçi"dən sonra böyük ziyalılarımız olan C.Məmmədquluzadənin, Sabirin mətbuatdakı əməkdaşlığı və mətbuatın o dövrdə Azərbaycan cəmiyyətinin inkişafı üçün savadlanması, tərəqqisi üçün çatışmayan cəhətlər və onların aradan qaldırılması yolları haqqında müdrik fikirlərin hamısı jurnalistikadan irəli gəlib. Böyük mütəfəkkirlərin hamısı öz qələmlərini bu sahədə sınayıblar. Amma bu günləri şükürlər olsun ki, jurnalistika artıq keçid dövrünü başa vurub və özü-özünü cilalayır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB