Cümşüd Nuriyev: “Ümid” yatağının kəşf olunmasının indi elan edilməsi həm Avropa dövlətlərinə, həm də ATƏT-in üzvlərinə mesajdır" - AÇIQLAMA
"Ümid" qaz yatağı bizi sevməyənlərin, Azərbaycana müsbət yanaşmayanların ümidlərini puç etdi". SİA-ya açıqlamasında bu sözləri siyasi ekspert Cümşüd Nuriyev "Ümid" yatağının aşkarlanmasının Azərbaycana gətirəcək iqtisadi və siyasi faydalarına münasibət bildirərkən deyib.
"Cənab prezident elan etmişdi ki, Azərbaycanın ehtiyatları böyükdür və bundan gələcəkdə ölkəmizin çiçəklənməsi üçün istifadə edəcəyik" deyən ekspert bildirib ki, bu sahədə peşəkar hesab olunan dünyanın aparıcı bəzi neft-qaz şirkətləri də buna şübhə ilə yanaşmışdılar: "Rusiyanın "Qazprom" və digər şirkətləri "Ümid" yatağında böyük qaz ehtiyatlarının kəşf olunması Azərbaycana bir sıra dividentlər qazandırır. Təkcə Azərbaycanın imicini yüksəltməklə bitmir, eyni zamanda yeni bir imicin formalaşmasına yardım edir. İndiyə kimi Azərbaycan əgər dünya enerji bazarında nisbətən az rol oynayırdısa, artıq Azərbaycan daha çox enerji resursları olan ölkələrin siyahısına daxil olur və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayacaq".
Ekspertin fikrincə, Azərbaycan enerji ehtiyatlarından ərazi bütövlüyünün təmin olunmasında istifadə edəcək. Heydər Əliyev neft faktorundan Azərbaycanın suverenliyi qorumaq, demokratik bir dövlət qurmaq üçün necə istifadə edibsə, İlham Əliyev artıq Azərbaycanın ərazi bütövlüyünü bərpa olunması və dünyada imicinin yüksəldilməsi üçün təbii ki, bu faktordan istifadə edəcək. Digər məsələ isə odur ki, müəyyən qüvvələr Azərbaycanın "Nabucco"da iştirakına maneə olurdular. Artiq Azərbaycan bu layihənin həyata keçirilməsində söz sahibi olacaq. Bu kəmərin tranzit olaraq ərazisindən keçməsinə nail olacaq, Azərbaycanın qaz ehtiyatları kifayət qədər olduğuna görə, bunda Türkmənistan və Qazaxıstan da təbii ki, maraqlı olacaq, həm də öz qazını "Nabocco" ilə ixrac edəcək. Bu Azərbaycanın suverenliyini möhkəmləndirəcək. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycanın suverenliyi dönməz olacaq. "Ümid" yatağının kəşf olunması Azərbaycanın dünya enerji bazarında yenidən kəşf olunması kimi qiymətləndirilə bilər".
MDB dövlət başçıları içərisində İlham Əliyevin yeganə peşəkar siyasətçi olduğunu vurğulayan C.Nuriyev bildirib ki, yatağın kəşf olunmasının da vaxtında elanı da peşəkarlıqla bağlıdır: "Bu tarix heç də təsadüfi deyil. Yatağın kəşf olunmasının ilə bağlı elanı 15 gün əvvəl, ya da bir həftə sonra edilə bilərdi. Bu məsələ məhz Astana sammiti öncəsi gündəmə gətirildi. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan digər bütün addımları atıb. Lissabon sammitində ərazi bütövlüyünün qorunması faktoru və burada Ermənistan nümayəndə heyətinin biabırçılığı vəziyyətin nə yerdə olduğunu göstərdi. Azərbaycanın yeritdiyi ağıllı siyasətin nəticəsi olaraq Ermənistan küncə sıxılıb. Yatağın kəşf olunmasının indi elan olunması həm Avropa dövlətlərinə mesajdır, həm də ATƏT-in üzvlərinə. Bu eyni zamanda Rusiya üçün də mesajdır. Fikrimcə, bu fakt Astana sammitində mühüm rol oynayacaq bir faktoru da nəzərə almaq lazımdır ki, bu Ermənistanın son şansıdır. Ancaq Azərbaycanın Astana sammiti üçün son şansı deyil. Azərbaycanın Ermənistana sonuncu xəbərdarlığıdır, çünki bundan sonra prezidentin bəyan etdiyi kimi, Azərbaycan hərbi müstəviyə keçid etməyə məruz qalacaq. Çünki hüquqi, iqtisadi, mənəvi, strateji müstəvini Azərbaycan özü üçün hazırlayıb və həmin müstəvidə Ermənistana yer yoxdu. Burada ancaq hərbi müstəvidir, orda da Ermənistana getmir. Azərbaycan bu müstəvidən Ermənistanı çıxardacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB