Lənkəranda elektrik enerjisindən istifadəyə görə ödənişlər 99 faizi ötüb

Lənkəranda elektrik enerjisindən istifadəyə görə ödənişlər 99 faizi ötüb

Lənkəran Yüksək Gərginlikli Elektrik Şəbəkəsi qış mövsümünə hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirib. Şəbəkənin rəisi Şamid Bəhramovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, ötən müddətdə təkcə şəhərin özündə 9120 ədəd yeni smart-kart tipli sayğac quraşdırılıb.

Həmçinin 827 ədəd 4 kVt-luq ağac dayaq, dəmir beton və metal boru dayaqla, 350 ədəd 10 kVt-luq ağac yeni dəmir beton dayaqla əvəz olunub. Eyni zamanda 110, 35 və kVt-luq xətlərin altında keçən ağaclar budanıb.

Lənkəran rayonunda yağan leysan yağışların nəticəsində aşmış 4 ədəd metal dayaq yenisi ilə dəyişdirilib. Həmin ərazidə qəzalı vəziyyətdə olan 35 kVt-luq 2 ədəd dəmir-beton dayaq təhlükəsiz yerə köçürülüb. Hazırda cari təmir işləri davam etdirilir.

Qeyd edək ki, rayon üzrə elektrik enerjisindən istifadəyə görə ödəniş 99 faizi ötüb. Bu da ötən ilin müvafiq dövründən 3,4 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə