Rusiyanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Rusiyanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrlərini - Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popovu (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki (Polşa) qəbul edib. SİA-nın xəbərinə görə, bu barədə Rusiya XİN yanında İnformasiya və Mətbuat Departamentindən bildirilib.

Görüşdə ATƏT-in dekabrın 1-2-də Astanada nəzərdə tutulmuş zirvə görüşü kontekstində Dağlıq Qarabağ münaqişəsinin həllinin aktual məsələləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə