Elmar Məmmədyarov Polşa baş nazirinin müavinini qəbul edib

Elmar Məmmədyarov Polşa baş nazirinin müavinini qəbul edib

Noyabrın 24-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Polşa arasında iqtisadi əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunub.

E. Məmmədyarov əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu deyib. O, Xəzər dənizinin enerji resurslarının Avropaya nəqlinin prioritet təşkil etdiyini söyləyərək bu məsələdə Avropa İttifaqının mövqeyinin mühüm əhəmiyyət daşıdığını bildirib. Nazir Azərbaycanın və Polşanın iş adamları arasında təmasların artırılmasının vacibliyini vurğulayıb.

Polşa baş nazirinin müavini Valdemar Pavlyak isə Azərbaycanın strateji mövqeyə malik olduğuna diqqət çəkərək ölkəsinin məhz bu cür ciddi tərəfdaşlarla əməkdaşlıq etmək istəyində olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə