AXCP sədri KXCP-də qiyam planı hazırlayıb, partiyanı nəzarətinə keçirməyə cəhd göstərir
Bir müddətdir ki, sosial şəbəkələrdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təmsilçiləri arasında qarşıdurma müşahidə olunur. Bu partiyanın üzvü, faktiki olaraq isə Əli Kərimlinin nəzarətində olan “Milli Şuranın” fəallarından biri kimi tanınan Oqtay Gülalıyevin KXCP sədri postuna namizədliyini açıqlaması partiya üzvləri arasında sərt müzakirələrə, hətta söz atışmalarına səbəb olub. Belə ki, O.Gülalıyev niyyətini partiyanın islahatlara ehtiyac duyması ilə əlaqələndirsə də, əksər KXCP təmsilçiləri onun əslində, AXCP sədri Əli Kərimlinin sifarişi ilə hərəkət etdiyini bildirirlər. Gülalıyevin hazırkı sədr Mirmahmud Mirəlioğluna alternativ kimi ortaya çıxması KXCP-yə qarşı “Milli Şura”da qurulmuş planın tərkib hissəsi kimi qiymətləndirilir. Bu mövqedə olanlar hesab edirlər ki, Ə. Kərimli vaxtilə AXCP-nin yaşadıqlarını indi də KXCP-də təkrar etdirmək niyyətindədir.
AXCP sədri KXCP-ni məhz bu partiyadakı emissarları vasitəsi ilə zəbt edib, öz hesabına keçirməyi qarşısına məqsəd qoyub
Daha doğrusu, o KXCP-ni məhz bu partiyadakı emissarları vasitəsi ilə zəbt edib, necə deyərlər, öz hesabına keçirməyi qarşısına məqsəd qoyub.
Lakin, KXCP-də təmsil olunan bir çoxları onun bu iddiasını bildikləri üçün, buna yol verməyəcəklərini bildirirlər. “Elçibəyin təşkilatını parçaladı, indi də KXCP-ni dağıtmaq istəyir” deyən M.Mirəlioğlu tərəfdarları O.Gülalıyevin heç bir halda KXCP sədri ola bilməyəcəyini iddia edirlər.
Ancaq maraqdoğurucu faktlardan biri də KXCP üzvləri arasında O.Gülalıyevin namizədliyini dəstəkləyənlərin olmasıdır. Belə ki, O.Gülalıyev bir müddət bu işdə özünə tərəfdarla yığmağı bacarıb. Nəticədə M.Mirlərioğluna qarşı sərt mövqe sərgiləməkdən çəkinməyən bir sıra partiya təmsilçiləri hazırkı sədri fəaliyyətsizlikdə, uğursuzluqda, gənclərə yer verməməkdə, öz mövqelərini kimsəyə güzəştə getməməkdə, bütövlükdə isə avtoritarçılıqda ittiham edirlər. Bu kimi fikirlər əvvəllər də O.Gülalıyev tərəfindən dəfələrdə səsləndirilib. İndi onun mövqeyinin və düşüncəsinin tədricən bəzi KXCP-çilər tərəfindən də dəstəklənməsi sübut edir ki, O.Gülalıyev, daha doğrusu, onu idarə edən AXCP sədri Ə.Kərimli və “Milli Şura” müəyyən dərəcədə öz istəyinə nail olub və cəmiyyətdə daha çox Elçibəyçinin cəm olduğu KXCP-nin mövqeyi böyük sual altına düşüb.
Əli Kərimli müxalifətdaxili parçalamaq siyasətində pərgardır və bu kimi oyunların bütün konturlarına bələddir
Sosial şəbəkələrdə yazılanlara, KXCP üzvləri arasında gərgin müzakirələrin, hətta təhqirlərin və təhdidlərin tədricən daha da böyüməsinə əsaslansaq, nəticəyə gələ bilərik ki, M.Mirəlioğlunu qarşıda çox çətin günlər gözləyir. Fakt isə budur ki, AXCP sədri Ə. Kərimli KXCP-ni işğal etmək üçün bütün vasitələrə əl atır. Ümumiyyətlə götürdükdə isə etiraf edilməlidir ki, Ə.Kərimli müxalifətdaxili parçalamaq siyasətində pərgardır və bu kimi oyunların bütün konturlarına bələddir. O.Gülalıyev isə KXCP-ni bütün dərinliklərinə qədər yaxşı tanıyır, hətta mətbəxində də yer alır. Ona görə də Gülalıyev Kərimlinin əsas fiqurantı olaraq ortaya atılıb. Artıq O.Gülalıyev KXCP-nin ayrı-ayrı rayon şöbələri, gənclər qolları və s. qurumlarının təmsilçiləri ilə gizli görüşlər keçirir, onları M.Mirəlioğluna qarşı çıxamağa səsləyir. Bu bu baxımdan, KXCP-də kəskin qarşıdurmaların baş verməsi ərəfəsində olduğunu ehtimal etmək mümkündür. Lakin bu partiyada Ə.Kərimliyə və onun AXCP-nə qarşı da dirənişlərin göstəriləcəyini istisna etmək olmaz. Bu səbəbdən də cari yayda ənənəvi müxalifətin daxilindəki savaşın isti fəslin özü kimi qızmar keçəcəyini proqnozlaşdırarsaq, heç də yanılmarıq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB