İyunun 27-dən 29-dək Makedoniyanın Skopye şəhərində NATO Parlament Assambleyasının 98-ci Rouz-Rout seminarı keçiriləcək. Sessiyada Azərbaycanı Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Bayramov təmsil edəcək. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
“Qərbi Balkanların Avratlantik inteqrasiyası: Avropanın sülh layihəsinin gücləndirilməsi” mövzusuna həsr olunmuş seminarda qanunun aliliyinin möhkəmləndirilməsi, administrasiya və məhkəmə sahəsində islahatlar, korrupsiyaya qarşı mübarizə, miqrasiya böhranı, müdafiə və təhlükəsizlik sektorunda islahatlar, ictimai rəyin yaradılmasında dezinformasiyanın və yanlış məlumatların rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Deputat Kamran Bayramov müzakirə olunacaq mövzular barədə çıxışlar edəcək, təkliflərini bildirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB