"Məcburi köçkünlərin evlə təmin olunmasına 2,4 milyard manat vəsait sərf olunub"

"Məcburi köçkünlərin evlə təmin olunmasına 2,4 milyard manat vəsait sərf olunub"

"Hər bir dövlətin demokratiya yolu ilə inkişafı insan və hüquqların qorunmasıdır. Azərbaycanda da bu istiqamətdə daim işlər görülür". SİA-nın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxış edərkən deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda insan haqlarının qorunması istiqamətində işlərin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: "Ölkəmizdə Konstitusiyanın qəbul olunması, Ombudsman institutunun təsis edilməsi buna əyani sübutdur. Hazırda Prezident İlham Əliyev tərəfindən bu işlər uğurla davam etdirilir".

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 1 milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladan sədr müavini söyləyib ki, bu gün Ermənistanın tutduğu konstruktiv mövqe nəticəsində 25 ilə yaxındır ki, qaçqın və məcburi köçkünlərimiz öz yaşayış yerlərinə qayıda bilmirlər: "Doğrudur Azərbaycan dövləti onların hüquqlarının qorunmasına həssaslıqla yanaşır, onların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görülür. Beynəlxalq ictimaiyyət də Azərbaycanın bu sahədə brendinin mövcudluğunu etiraf edir. Ölkəmizdə qaçqın və məcburi köçkün problemi müntəzəm olaraq diqqətdə saxlanılır, ictimaiyyətin bu sahə ilə bağlı məlumatlandırılması, onların sosial problemlərin həllinə diqqət göstərilir, bilik bacarıqlarına səmərəli istifadəsi istiqamətində mühüm şərait yaradılır".

F.Hüseynov qeyd edib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,3 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbə və çoxmərtəbəli yaşayış kompleksi salınıb: "İndiyədək 265 min nəfərin mənzil məişət şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2,4 milyard manat vəsait sərf olunub. Bu vəsaitin 2,1 milyard manatı Dövlət Neft Fondunun vəsaitidir. Son 25 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 6,6 milyard manat vəsait sərf olunub".

Komitənin sədr əlavə edib ki, ötən il Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsinin qısa müddətdə bərpası və qaçqın və məcburi köçkünlərin öz doğma yuvalarına qayıtması biz də əminlik yaradır ki, torpaqlarımızın işğaldan azad edilməsi uzaqda deyil.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə