Tiqran Abramyan: “Azərbaycan xüsusi təyinatlıları fəallıq göstərirlər” TƏLAŞ
“Azərbaycanın Silahlı Qüvvələri aprelin 12-dən başlayaraq, cəbhənin ön xəttində fəallaşıb”. SİA xəbər verir ki, “DQR” “prezidentinin” məsləhətçisi Tiqran Abramyanın “Facebook” səhifəsində yazdığı fikirlərini news.am saytı ictimailəşdirib.
“Təxminən bir həftə boyunca (ötən həftə - red.) aktiv yerdəyişmələr və toplaşmalar müşahidə edilib”-deyə yazan Abramyan əlavə edib ki, artıq iki aydır ki, ön cəbhədə aktiv şəkildə mühəndis-istehkam işləri aparılır: “Bu həftə isə xüsusi təyinatlıların kifayət qədər fəallığı müşahidə olunmaqdadır”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB