Türkiyənin Şanlıurfa şəhərində hakim Ədalət və İnkişaf partiyasının (AKP) üzvlərinə silahlı hücum olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suruç rayonunda AKP-li millət vəkili İbrahim Yıldız və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvləri HDP tərəfdarlarının hücumuna məruz qalıb.
Baş verən insident nəticəsində deputat xəsarət almasa da, 3 nəfər ölüb. Hücum zamanı 9 nəfərin yaralandığı, ölən şəxslərdən birinin deputatın qardaşı olduğu bildirilir.
Polisin ərazini nəzarətə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB