DAK-ın XI Qurultayı dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçiriləcək
Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti – XI Qurultayının vaxtı dəyişdirilib. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsindən SİA-ya verilən məlumata görə, qurultay 2010-cu il dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçiriləcək. Qurultayda 25 ölkədən 200 nümayəndə və qonağın iştirakı gözlənilir.
Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, İranda yaşayan azərbaycanlıların problemləri, oradakı insan haqları, diasporların təşkilatlanması və cari məsələlər qurultayın gündəliyinə salınıb. Qurultaya Azərbaycan Milli Elmlər Akademiyasından, Milli Məclisdən, QHT-lərdən də nümayəndələr dəvət olunub.
Qurultay "Günnewig Hotel Residence"in konfrans salonunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB