AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri bloggerlərin azad olunmasını alqışlayırlar
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex (Malta) və Pedro Aqramuntun (İspaniya) Azərbaycan məhkəmələri tərəfindən bloggerlər Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılmasını alqışlayırlar. SİA-nın AŞPA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri bloggerlərin azad olunmasını Azərbaycan hakimiyyətinin Avropa Şurası ilə əməkdaşlığa mane olan probelmləri həll etməyə hazırlığı kimi qiymətləndiriblər: "Bu, irəli doğru atılmış çox vacib addımdır və onu göstərir ki, Azərbaycan hakimiyyəti Avropa Şurası ilə əməkdaşlığa mane olan probleməri həll etməyə hazırdır. Ümid edirik ki, tezliklə gələcəkdə digər məsələlərdə də irəliləyişləri alqışlaya biləcəyik".
Xatırladaq ki, ötən həftə məhkəmə qərarı ilə həm Adnan Hacızadə, həm də Emin Milli cəzalarının çəkilməmiş hissəsindən azad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB