"Media qrupu”n məqsədi dövlətin media siyasətini ləkələməkdir" MÖVQE

"Media qrupu”n məqsədi dövlətin media siyasətini ləkələməkdir" MÖVQE

"“Media qrupu” adı ilə fəaliyyətə başlamaq istəyən rəsmi qeydiyyatsız qruplaşmanın məqsədləri çox şübhəli görünür". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, keçmişdə media sahəsində fəaliyyətləri bir-birindən fərqli müstəvilərdə və fərqli prinsiplərlə getmiş bu şəxsləri bu gün bir araya gətirən məqamları təsəvvür etmək çətindir: "Dövlətçilik prinsipi üstündə sürətlə formalaşan mediamızda bu qrupun hansısa dəyişikliyə nail ola bilməsi mümkünsüzdür. Onlar daha çox təftişçi kimi görünürlər. Dövlətin media siyasətini ləkələmək məqsədləri var. Belədə qrupun arxasında və ya ideya müəllifləri sırasında şübhəli siyasi və hətta maliyyə dairələrinin dayandığını guman etməyə əsaslar var. Qaranlıq məqamların mümkün qədər tez üzə çıxmasına ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə