Ermənistanda komandan işdən çıxarılıb

Ermənistanda komandan işdən çıxarılıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Armen Abramyan işdən çıxarılıb. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Armen Sarksiyan sərəncam imzalayıb.

Vaqinak Sarkisyan Sərhəd Qoşunlarının komandanı təyin olunub.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Ermənistan hərbçiləri ilə birlikdə bu ölkənin dövlət sərhədini qoruyur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə