"Qurtuluşdan Tərəqqiyə - 25 il" FOTOLAR

"Qurtuluşdan Tərəqqiyə - 25 il" FOTOLAR

Salyan şəhərində Yeni Azərbaycan Partiyası və Partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Qobustan, Şamaxı, Ucar, Zərdab rayon təşkilatları Gənclər Birliklərinin iştirakı ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluşdan Tərəqqiyə - 25 il" zona müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, zona müşavirəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin zona üzrə kuratoru Ramil Mirzəyev iştirak ediblər.

Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar və Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ümummilli lider, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. YAP Salyan rayon təşkilatının sədri R.Cəbrayılov zona müşavirəsini açaraq qeyd edib ki, 2018-ci ilin keçən dövrü ərzində respublikamızın, eləcədə partiyamızın həyatında yadda qalan tarixi hadisələr baş verib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov isə bütün gəncləri Milli Qurtuluş günü münasibətilə təbrik edərək Qurtuluşdan keçən 25 il ərzində Azərbaycan Gəncliyinin inkişafında ölkə rəhbərinin, Yeni Azərbaycan Partiyasının gördüyü işlər haqqında ətraflı məlumat verərək sabahımızda da gənclərə güvənildiyini vurğulayıb.

Daha sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Qurtuluşdan Tərəqqiyə - 25 il" zona müşavirəsinə toplaşan gənclər öz çıxışlarında tarixi keçmişimizi bir daha vərəqlədilər və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının ətrafında sıx birləşdiklərini bəyan etdilər.

Sonda gənclərlə xatirə şəkili çəkdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə