Ərdoğan: "İraqın şimalı PKK terrorçuları üçün yuvadır"

Ərdoğan: "İraqın şimalı PKK terrorçuları üçün yuvadır"

İraqın şimalı, o cümlədən Qəndil çox tezliklə terrorçulardan tamamilə təmizlənəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan bildirib ki, İraqın şimalı PKK terrorçuları üçün yuvadır: "Əgər İraq hakimiyyəti bu bölgəni təmizləmək iqtidarında deyilsə, o zaman Türkiyə Silahlı Qüvvələri bu torpaqların terrorçulardan azad edilməsi üçün mümkün olan hər şeyi edəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə