Səməd Seyidov: "Bu uğurlar Prezidentimizin apardığı siyasətin təntənəsidir"
"Torpağımızın bir hissəsi işğaldan azad edilib. Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar həm Ordumuzun, həm xalqımızın, həm də Prezidentimizin apardığı siyasətin təntənəsidir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq Münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bunlar ilk addımlardır. Azərbaycan prezidentinin siyasəti və gördüyü işlər yaratdığı mühit dünyaya sübut etdiyi məsələlər torpaqlarımızı işğaldan azad edəcək. Bu məntiqdir və həqiqətdir. Ermənilərin təşkil etdiyi yalan bir müddət ayaq tutdu amma yeriyə bilmədi. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Bununla əlaqədar Naxçıvanda torpağımızın azad olunması münasibətilə xalqımızı təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB