Ziyafət Əsgərov:" Ümid edirəm ki, burda keçirilən müzakirələr alyansın məqsədlərinin həyata keçirilməsinə kömək edəcək"

Ziyafət Əsgərov:" Ümid edirəm ki, burda keçirilən müzakirələr alyansın məqsədlərinin həyata keçirilməsinə kömək edəcək"
"Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal edilib. Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlara çağırış edərək ədalətli qərarların qəbul edilməsinə çağırış edir. Lakin hələ də lazımi addımlar atılmır". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropada Mühafizakarlar va İslahatçılar Alyansının sammitində çıxışı zamanı deyib. Z. Əsgərov sözlərinə görə, araşdırmalar göstərir ki, beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsi universal xarakter daşıyır:" Biz əminik ki, bu və digər problemlərin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq nizama salınacaq və bu da Avropada sülh, sabitlik , təhlükəsizliyin təminatına xidmət edəcək". O söyləyib ki, deputatlarımız beynəlxalq təşkilatların tədbirlərində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan hər şeyi edir. Z.Əsgərov qeyd edib ki, Avropa Mühafizakarlar va İslahatçılar Alyansının Sammitinin Bakıda keçirilməsi  ölkəmizin siyasi həyatında  əlamətdar hadisədir: "Ümid edirəm ki, burda keçirilən müzakirələr alyansın məqsədlərinin həyata keçirilməsinə kömək edəcək. İndi  dünya birliyi terrorizm, separatizm, qaçqın,  məcburi köçkün insan alveri,  narkotiklə mübarizə,  iqlim dəyişkənliyi,  epidemiya kimi problemlərin həlli üçün səmərəli yollar tapmaqla üz-üzə gəlib". Z.Əsgərov əlavə edib ki,beynəlxalq mühit çərçivəsində parlament nümayəndələri  arasında əməkdaşlığın, fəallığın  gücləndirilməsi universal xarakter daşıyır: "deyə əlavə edib
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə