Bakıda Avropa Mühafizəkarlar va İslahatçılar Alyansının Sammiti işə başlayıb

Bakıda Avropa Mühafizəkarlar va İslahatçılar Alyansının Sammiti işə başlayıb
Bakıda Avropa Mühafizəkarlar va İslahatçılar Alyansının Sammiti öz işinə başlayıb. SİA-nın xəbərinə görə, sammitdə Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədrinin I müavini Ziyafət Əsgərov, Alyansın prezidenti Yan Zahradil, Alyansın üzvü Qüdrət Həsənquliyev deputatlar və digərləri iştirak edir. Qeyd edək ki, sammit 6 paneldən ibarət olacaq. Panellərdə enerji təhlükəsizliyi, iqtisadi azadlıq, rəqəmsal iqtisadiyyat,idarəetmə lokalizm və digər mövzular ətrafında müzakirə aparılacaq.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə