Kamilə Əliyeva: "Ermənistan şərt irəli sürən deyil, şərt qəbul edən ölkədir" AÇIQLAMA

Kamilə Əliyeva: "Ermənistan şərt irəli sürən deyil, şərt qəbul edən ölkədir" AÇIQLAMA

“Məxməri inqilab nəticəsində hakimiyyətdən qovulan Serj Sarkisyan vaxtilə danışıqlar prosesini pozmaq, işğalçılıq siyasətini davam etdirmək üçün hər dəfə diplomatik imkanları dalana dirəyən şərtlər irəli sürürdü. Elə bu səbəbdən də, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından Dağlıq Qarabağ münaqişəsi bu günə qədər həllini tapmayıb. Əlbəttə ki, Azərbaycanın da səbri sərhədsiz deyildir. Əgər Ermənistan bu cür məsuliyyətsiz əməllərinə davam etsə, o zaman baş verəcək hadisələrin məsuliyyəti Yerevanın üzərində qalacaq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Ermənistan şərt irəli sürən deyil, şərt qəbul edən ölkədir: “Paşinyan hərbi xuntanın səhvlərini təkrar etməməli və öz ölkəsinin gələcəyi naminə heç bir şərt irəli sürmədən danışıqlar masasına əyləşməlidir. Çünki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənsitandan başqa heç kəsə ziyan gətirmir. Yeganə dövlətdir ki, işğalçılıq əməllərinə görə bütün regional layihələrdən kənarda qalan Ermənistan sosial-iqtisadi xaos içərisindədir. Bu isə Ermənistanın sonunun başlanğıcıdır”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə