"Paşinyan "dərisi boğazından çıxarılmış qardaşı"ndan dərs almalıdır" AÇIQLAMA
“Azərbaycan Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Başqa cür də mümkün deyildir. Çünki, Azərbaycan heç bir halda imkan verməyəcək ki, ərazisində ikinci erməni dövləti yaradılsın”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, bu gün Ermənistan Azərbaycan qarşısında şərt irəli sürə biləcək vəziyyətdə deyildir: “Ermənistan Robert Köçaryanın, Serj Sarkisyanın qeyri-konstruktiv mövqeyi və təcavüzkar siyasəti nəticəsində bütün regional layihələrdən kənarda qaldı, təcrid vəziyyətində yaşadı və reallıq budur ki, hər il bu ölkəni minlərlə insan birdəfəlik tərk edir. Sosial-iqtisadi vəziyyəti həddindən artıq ağır olan Ermənistan hərbi sahədə də Azərbaycan qarşısında duruş gətirə bilmir. Elə 2016-cı ilin aprel döyüşləri zamanı həm Ermənistan dövləti, həm də sadə ermənilər gördülər ki, Azərbaycan istənilən an müharibə ilə torpaqlarını işğaldan azad edə bilər. Lakin Azərbaycan dövləti regional inkişafa və sabitliyə xələl gəlməsin deyə, hələ ki sülh variantına üstünlük verir. Ona görə də, Ermənistan, başda Paşinyan olmaqla bundan səmərəli istifadə etməli, heç bir şərt irəli sürmədən danışıqlar masasına əyləşməlidir. Əks təqdirdə Paşinyanı Sarkisyandan da pis aqibət gözləyə bilər. Bu səbəbdən də, Paşinyan "dərisi boğazından çıxarılmış qardaşı"ndan dərs almalıdır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB