Qabil Hüseynli: “Astana sammiti zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdlər olacaq” - MÖVQE
"Cari ilin dekabr ayında keçiriləcək Astana Sammiti zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdlər olacaq". Bu sözləri politoloq Qabil Hüseynli SİA-ya açıqlaması zamanı deyib. Münqaqişənin həlli ilə bağlı təşəbbüsün Rusiyanın əlində olduğunu deyən politoloqun sözlərinə görə, Rusiya nizamlama prosesində öndə gedir. ".
Q.Hüseynlinin fikrincə, məsələyə yanaşmada mövqelər xeyli fərqlidir: "Azərbaycan ərazi bütövlüyü, Ermənistan isə işğal etdikləri Dağlıq Qarabağın müqəddaratını təyin etməyi məsələsini ön plana çəkir. Bütün bu ideoloji əsaslarla hər iki tərəf Astana sammitinə yollanır. Çox təəsüflər olsun ki, Rusiya bu məsələdə orbitr rolunu oynasa da onun ədalətli orbitr rolunu oynayacağını proqnozlaşdırmaq çətindir. İndinin özündə də onlar bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsi guya əlahiddə yəni dünyada olan digər bu kimi məsələlərdən fərqlənən bir problemdir. Zənnimcə bu problemlə digərləri arasında heç bir fərq yoxdur. Bu nöqteyi nəzərdən Rusiyanın açıq və ya gizli formada Ermənipərəst mövqe tutuduğunu sezməmək mümkün deyil və belə bir mövqe ilə də ədalətli orbitr rolunu oynamaq çox çətindir".
Bundan əlavə, Astana sammitində həmsədr dövlətlərin nümayəndələrinin, Fansanın prezidentinin, ABŞ-ın isə dövlət katibinin iştirak edəcəyini söyləyən politoloq onların da Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı proseslərə qatılacağını vurğulayıb. Lissabonda keçirilən NATO-nun son sammitində ərazi bütövlüyü məsələsinin xüsusi qabarıldığını da xatırladıb. O bildirib ki, baş tutan sammitdə Dağlıq Qarabağ münaqişəsi universal bir prinsip kimi dünya nizamının yaradılmasında əsas prinsip kimi ön plana çəkilib: "Görək bu NATO sammitinin işığında Astana sammiti münaqişənin həll edilməsi istiqamətində hansı qərarları qəbul edəcək".
Sammitqabağı Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səslənən sərt bəyanatlara da toxunan politoloq bildirib ki, həmin bəyanatların əsas məqsədi qarşı tərəfin əhalisinin ruhi, psixoloji ovqatına təsir etməkdən ibarətdir. Sözügedən bəyanatların həmçinin dünya ictimai rəyinə yönəldiyini qeyd edən Q.Hüseeynli bildirib ki, düşmən tərəfin sammitqabağı bu cür bəyanatlar səsləndirməsi onların konstruktiv mövqedə olduqlarını bir daha sübut etdi: "Bu da onu göstərir ki, ilk növbədə Ermənistanı əzizləyənlər, əlaltından dəstəkləyənlər, Dağlıq Qarabağ münaqişəsi kimi kimi bütün parametrləri üzdə olan məsələni sərt istiqamətə yönəltmək istəyənlər var. Ermənistanın da güvənc yeri məhz belələridir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB