Politoloq: "Düşmən üzərindəki psixoloji üstünlüyü ələ keçirə bilərik" MÖVQE
“Ermənilər Azərbaycan ordusunun Naxçıvan istiqamətində irərliləyərək strateji mövqelərdə möhkəmlənməsini günlərdir tirajlayır, şəkillər yayırlar. Başqa sözlə itkilərini etiraf edirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla savaşacaq halı yoxdur və ordusuna komanda versə ki, “təpəni geri alın” bu hər iki tərəfdən itkiyə, o cümlədən 2016-cı ilin aprelinin təkrarına səbəb olacaq. Paşinyan daxilən belə bir qərara hazır deyil”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycan ordusunun Naxçıvanda daha əlverişli mövqe tutması faktoru Paşinyanın əleyhinə işləyir: “Çünki bu ciddi başlanğıca səbəb ola bilər. Onsuz da iki ölkə arasında sərhədlərin dəqiq çizgisi bəlli deyil, üstəgəl Dağlıq Qarabağın içindəki və ətrafındakı rayonların onlara aidiyyatı olmadığını özləri də anlayırlar. Demək, Azərbaycan ordusu Naxçıvan təcrübəsini hər yerdə genişləndirə bilər. Bu genişmiqyaslı müharibə deyil, strateji mövqelərin ələ keçirilməsi məqsədi ilə pozisiya döyüşləridir. Pozisiyalarımızı daima irəli çəkməklə düşmən üzərindəki psixoloji üstünlüyü ələ keçirə bilərik. Onsuz da bu gün Ermənistanda və Dağlıq Qarabağda hakimiyyətlər dayanıqlı deyil və bundan istifadə etmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB