Yaqub Mahmudov: “Quba məzarlığını qorumaqdan ötrü çox ciddi tədbirlər görülməlidir” - AÇIQLAMA
Qubadakı məzarlıq Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli soyqırım və təsadüf nəticəsində aşkar olunan tarixi faktdır. Bu barədə SİA-ya açıqlamasında millət vəkili, tarixçi Yaqub Mahmudov deyib. O bildirib ki, bu Azərbaycan xalqı üçün çox qiymətlidir. Tarixçinin sözlərinə görə, təkcə Qubada yox, Göyçayda, Şamaxıda və Azərbaycanın digər yerlərində də belə məzarlıqlar var.
"Bu tarixi abidələri qorumaq bizim borcumuzdur. Prezident İlham Əliyev Qubadakı məzarlığın qorunması və muzey yaradılması üçün göstəriş verdi. İndi o göstəriş əsasında Qubada muzey yaradılır. Ancaq həmin ərazi qrunt sularının çayın vadisinə axdığı yerdir. Bunun üçün yaradılasn muzeyə su düşməməsindən otrü təcili tədbirlər görülməlidir. Bu işlərin görülməsinə başlanıb, lakin bunlar hələki kifayət etmir. Quba məzarlığını qorumaqdan ötrü çox ciddi tədbirlər görülməlidir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB