“Kremlin bu təklifi səsləndirməkdə iki məqsədi var" MÖVQE

“Kremlin bu təklifi səsləndirməkdə iki məqsədi var" MÖVQE

“Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının toplantısında üzv dövlətləri Suriyanın yenidən qurulmasında, o cümlədən infrastruktur çalışmalarda iştiraka səsləyib. Moskvanın bu istəyi yeni deyil, daha əvvəl tərəfdaşlarının Suriyadakı “sülhməramlı” əməliyyatlarda iştiraka səsləmişdi. O zaman Rusiyaya yaxın olan Belarus və Qazaxıstan bu təklifə müsbət cavab vermədilər”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Moskva indi “sülhməramlıları””infrasturktur çalışmaları” ilə əvəz etmək istəyir: “Kremlin bu təklifi səsləndirməkdə iki məqsədi var. Birincisi, Rusiya bununla Suriyada tək çalışmadığını, qonşularının da ona dəstək verdiyini Qərbə göstərmək istəyir. İkincisi, Suriyanın yenidən qurulması bu işə əlavə maliyyə xərci deməkdir. Görünür, Rusiya bu yükü tək daşımaq istəmir.

Azərbaycanın indiki şərtlər altında Rusiyanın Suriya təklifinə müsbət yanaşması doğru olmaz. Çünki, Suriyada Şoyqunun dediyindən fərqli olaraq Suriyada siyasi təmzimləmə başa çatmayıb. Azərbaycan təklifə qoşulsa faktiki Bəşər Əsədin Suriyasının yenidən qurulmasında iştirakçı olacaq. Bu bizə lazım deyil. Bəşər Əsəd separatçı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıyıb. Biz isə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik. Separatçılara dəstək verən rejimlə bizimki tutmaz və tutmamalıdır. Digər tərəfdən Suriyada müxtəlif oyunçular və böyük dövlətlərin kəsişən maraqları var. Azərbaycan Suriyada infrastruktur çalışmalarına qoşulsa bu Azərbaycanın Rusiyanın yanında yer aldığını göstərmiş olacaq. Azərbaycan Suriyada infrastruktur çalışmalarına o zaman qoşula bilər ki, bu ölkədə beynəlxalq aləmin iştirakı ilə ümumi tənzimləmə başa çatsın və biz müttəfiqimiz Türkiyə ilə razılaşdırılmış şəkildə bu prosesdə iştirak edək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə