Türkiyə-Azərbaycan birgə təlimində iştirak edən hərbi kontingent Naxçıvana qayıdıb
Qars şəhərində keçirilən Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, birgə taktiki təlimin sonuncu günü “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.
Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı, ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlikləri ilə nümayəndə heyətləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB