Yerevanda Ermənistandan Rusiyaya və əks istiqamətdə sərnişin daşıyan təşkilatların nümayəndələri etiraz aksiyası keçirir. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiyaya lisensiyasız sərnişin daşımalarına qadağa qoyulması barədə qərar səbəb olub.
Qeyd olunur ki, sərnişin daşıyıcıları qadağanın müvəqqəti dayandırılmasını və ya aradan qaldırılmasını tələb edir. Bundan başqa, bu sahədə kiçik şirkətlərin iştirakının asanlaşdırılması üçün tenderlərin keçirilmə şərtlərinin dəyişdirilməsi də tələb olunur.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB