412 min dollardan doğan istefalar dalğası gəlir
Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat nəticəsində, Əli Kərimlinin qeyri-leqal yollarla maliyyə vəsaiti ilə təmin edilməsi faktı ortaya çıxdıqdan sonra o da bəlli olub ki, AXCP sədri zaman-zaman Rusiyadan müxtəlif 412 min dollar məbləğ əldə edib. Məhz bu olaydan sonra “Milli Şura” və AXCP arasında ciddi narazılıqlar yaşanmağa başlayıb, o cümlədən istefa məsələləri gündəmə çıxıb. Çünki Ə.Kərimli bu ifşasına qədər yaxın ətrafına partiyasının gəlirinin aylıq 500-1000 dollar olduğunu bildirirmiş. Sözügedən məsələnin üstünün açılması isə qarşıda ciddi qarşıdurmaların yaranmasına şərait yaradır. Daha dəqiq desək, partiya daxilindəkilər mənəvi cəhətdən təmiz olmayan cəbhə sədrinin başqalarına rəhbərlik etməyinin doğru olmadığı bildirilir.
Bu gün Rüstəm İbrahimbəyovun Rusiyadakı ermənipərəst mənbələri öz maraqlarını Əli Kərimli vasitəsi ilə reallaşdırmağa cəhdlər edirlər
Başqa tərəfdən, Ə.Kərimlinin nəzarətində olan “Milli Şura”nın Rusiyanın Azərbaycan əleyhinə çıxış edən qaranlıq dairələrinin sifarişləri əsasında fəaliyyət göstərməsi də bu qurumun bayrağının hansı tərəfə əsməsini sübuta yetirir. Bu gün Rüstəm İbrahimbəyovun Rusiyadakı ermənipərəst mənbələri demək olar ki, öz maraqlarını Ə.Kərimli vasitəsi ilə reallaşdırmağa cəhdlər edirlər. Kərimlinin əldə etdiyi məbləğ də bu reallığı ehtiva etməkdədir. Artıq, normal düşüncəli cəmiyyətdə AXCP-nin satqınlar partiyası olması assosiasiyası tam şəkildə qavranılıb. Yəni AXCP və Ə.Kərimli deyərkən, xəyanət yada düşür.
Kərimlinin məsuliyyətə cəlb edilməsi məsələsi də gündəmdə səslənə bilər
Onu da qeyd edək ki, Ə.Kərimlinin müxtəlif dairələrdən, eləcə də qeyri-hökumət təşkilatları vasitəsilə qeyri-qanuni yollarla maliyyə vəsaitləri əldə etməsi bir reallığa çevirlib. Çünki onun qanunsuz yollarla maliyyələşməsi, xüsusilə xaricdən Azərbaycana vəsaitləri gətizdirməsi "Siyasi partiyalar haqqında" qanununa əsasən qadağandır və bu, faktiki olaraq cinayət əməli sayılır. Bu baxımdan, Kərimlinin məsuliyyətə cəlb edilməsi məsələsi də gündəmdə səslənə bilər. Məsələ ondadır ki, Əli Kərimli üçün millət də, din də, dövlət də, etnik kimlik də yalnız puldur, maddiyyatdır. Kim ona hansı məqsədlə qrant ayırsa, o da həmin istiqamətdə canla-başla işləyəcək. Demokratiyadan dəm vuran Əli Kərimlinin müxalifətçiliyi təkcə iqtidara deyil, həm də dövlətə, xalqa qarşı yönəlib. Ölkə maraqlarını qurban vermək hesabına edilən siyasətbazlığı onu əbədi uğursuzlar cərgəsinə atıb. Təsadüfi deyil ki, Azərbaycanın firavanlığı və sabitliyi üçün təhlükə törədə biləcək istənilən addımı atmağa hazır olan Əli Kərimli daim ictimai qınaq obyektidir və bu vətən xaininin ifşası bundan sonra da davam etdirəcək.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB