“Ermənistan prezidentinin sərt bəyanatları heç nəyi həll etmir”- MÖVQE
"Ermənistan prezidenti Serj Sarkisyanın Moskvada keçirilən xeyriyyə marafonunda Dağlıq Qarabağla bağlı sərt bəyanatlar səsləndirməsi Ermənistan rəhbərliyinin çətin vəziyyətdə olduğunun göstəricisidir". Bu sözləri millət vəkili Aydın Mirzəzadə SİA-ya verdiyi açıqlamasında deyib. Xeyriyyə marafonu zamanı deyilən bəyanatların bir müddət əvvəl Moskvada keçirilən Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin üçtərəli görüşü zamanı səslənən fikirlərlə uzlaşmadığını deyən millət vəkili bildirib ki, baxmayaraq ki, Ermənistan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki aktiv fəaliyyətinə müsbət münasibət bildirir, amma imkan tapan kimi Rusiyanın vasitəçiliyinə şübhə ilə yanaşan bəyanatlar verir.
Onun sözlərinə görə, Ermənistan münaqişənin həllində çoxdan uduzub: "Ermənistanın əsas problemi bugünki rəhbərliyinin hakimiyyətdə qalması məsələsidir. Ermənistan cəmiyyəti siyasi hakimiyyəti qəbul etmir. Hakimiyyətin özü də Ermənistanın qarşısında duran problemlərin çoxunu həll edə bilmir. Ona görə də hakimiyyət hərbi ritorikaya üstünlük verməyə çalışır. Düşmən ölkənin bəyanatları bu gün heç nəyi həll etmir. Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normalarına əsasən həll edilməlidir. Çünki beynəlxalq hüquq işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsini tələb edir. Bu gün Ermənistan prezidentinin və digərlərinin verdiyi bəyanatlar sadəcə olaraq ictimaiyyətin gözünə kül üfürməkdən başqa bir şey deyil. Bu cür bəyanatlar verməklə Azərbaycanı nə haqq işindən çəkindirmək, nə də ki, qorxutmaq mümkün olmayacaq".
A.Mirzəzadənin fikrincə, Ermənistan Azərbaycanın siyasi, hərbi qüdrətinin artmasından qorxduğu üçün bu cür bəyanatlar verir. O vurğulayıb ki, Azərbaycanın regionda çox nüfuzlü bir dövlətə çevrilməsi, Silahlı Qüvvələrinin qarşıya qoyulan məsələlərin həll etmək imkanına malik olması düşmən ölkəni ciddi narahat edir.
"Hesab edirəm ki, biz bundan sonra da Ermənistanın çaşqın və qorxu içində olan bəyanatlarını hələ çox eşidəcəyik",- deyə millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB