ABŞ-ın Azərbaycandakı səfirliyi bloqqerlərin azadlığa buraxılmasını müsbət qarşılayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi bloqqerlərin azadlığa buraxılmasını müsbət qarşılayıb

ABŞ səfirliyi bloqqerlərin azadlığa buraxılmasını müsbət qarşılayır. SİA-nın məlumatlına görə, bu barədə xəbər səfirliyin yaydığı bəyanatda göstərilib.

 

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar Adnan Hacızadə və Emin Millinin məhkəmə işlərinə güclü maraq göstərib: "Bunu prezident Obama və dövlət katibi Hillari Klintonun onların buraxılması ilə bağlı açıq müraciətləri də sübut edir. Azərbaycan məhkəməsinin hər iki bloqqeri azad etmək qərarı müsbət addım kimi qiymətləndirilir. Ümid edirik, jurnalist Eynulla Fətullayev də tezliklə azadlığa çıxacaq. Müstəqil ədliyyə, siyasi təsirə məruz qalmayan və fəal vətəndaş cəmiyyəti müasir demokratik dövlətin təməl daşıdır. Birləşmiş Ştatlar demokratik islahatların aparılması, o cümlədən ifadə azadlığı və sərbəst toplaşma hüququnun təmin olunması istiqamətində Azərbaycan hökuməti və xalqı ilə işləmək öhdəliyinə sadiq qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə