Respublika ərazisində ümumilikdə 878 739 ədəd ağac əkilib

Respublika ərazisində ümumilikdə 878 739 ədəd ağac əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən 2010-cu ilin payız mövsümünün 08-13 noyabr tarixlərində Respublika ərazisinin 418,89 hektar sahəsində 878 739 ədəd müxtəlif ağac və kol bitkisi əkilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, Respublika ərazisinin 63,57 hektar sahəsində əkilən ağaclardan 76 269 ədədi Bakı və Bakı ətrafı ərazilərin payına düşür.

Belə ki, Ələt-Salyan magistral avtomobil yolunun 10,6 hektar sahəsində 11 500 ədəd, Ələt-Atbulaq magistral avtomobil yolunun 9,48 hektar sahəsində 11 300 ədəd, Bakı-Şamaxı magistral avtomobil yolunun 12,86 hektar sahəsində 13 600 ədəd, Bakı-Quba magistral avtomobil yolunun 9,93 hektar sahəsində 9480 ədəd, Zığ- Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 14 hektar sahəsində 17 118 ədəd, Suraxanı dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 2,6 hektar sahəsində 5000 ədəd, Sabunçu-Atəşgah dairələri arasındakı ərazinin 3 hektar sahəsində 5321 ədəd, Bayıl yamacının 1,1 hektar sahəsində 2950 ədəd ağac və kol bitkisi əkilib. Əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kür Regional Meşə Tingliyi Müəsissəsi, Xırdalan, Ağcabədi, Zaqatala və Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin tinglik sahələrində yetişdirilmiş və xaricdən alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, Nazirliyin daxili imkanları hesabına 355,32 hektar sahədə 802 470 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilib.

Ümumiyyətlə, 2010-cu ilin payız əkin mövsümünün 01-13 noyabr tarixlərində Respublika ərazisində 1 663 833 ədəd ağac və kol bitkisi əkilib. Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə