Minskdə MDB Sərhəd Qoşunları Komandanları Şurasının toplantısı keçiriləcək
Dekabrın 1-də Belarusun paytaxtı Minsk şəhərində MDB Sərhəd Qoşunları Komandanları Şurasının toplantısı keçiriləcək. SİA-nın MDB İcraiyyə Komitəsinə istinadən verdiyi xəbərə görə, iki gün davam edəcək tədbirdə sərhəd mühafizəsinin vəziyyəti, narkotik, qanunsuz miqrasiya, silah qaçaqmalçılığı ilə mübarizə, sərhəd mühafizəsində informasiya mübadiləsi, bir sıra mövcud sənədlərə əlavə və dəyişikliklər müzakirə olunacaq.
Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan, Azərbaycan, Moldova və Ermənistanın sərhəd mühafizəsi strukturlarının rəhbərlərinin, həmçinin FRONTEX agentliyinin və digər qurumların nümayəndələrinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində Sərhəd Qoşunları komandanları Belarus müəssisələrində istehsal edilən və sərhəd mühafizəsində tətbiq edilən avadanlıqlarla tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB