Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Valdis Zatlersi təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Milli bayramınız - Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik".

Prezident İlham Əliyev Valdis Zatlersə möhkəm cansağlığı, işlərində uğurlar, dost Latviya xalqına sülh və firavanlıq arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə